Sumqayıtlı hakim Beynəlxalq dərəcəli hakim adını qazanıb. Bu haqda bu gün, 18 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Yeniyetmə və gənclər arasında keçirilən çempionatda Milli Karate Federasiyanın Sumqayıt şəhəri üzrə sədri Akif Kərimov Kata və Kumite kateqoriyaları üzrə imtahanda uğurlu çıxış edib. Nəticədə təmsilçimiz Beynəlxalq dərəcəli hakim adını qazanıb.
49-cu Avropa Çempionatı Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib.