Sumqayıtlı idmançı “Böyük Dəbilqə” turnirindən medalsız qayıdacaq. Bu haqda bu gün, 3 iyun tarixində Report-a istinadən xəbər veririk.
60 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev həmyerlisi Turan Bayramova 3-cü yer uğrunda qarşılaşmada məğlub olub.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda ölkəmizi 10 cüdoçu təmsil edir.