Sumqayıtlı cüdoçu bu gün dünya çempionatında mübarizəyə başlayacaq. Bu barədə 7 oktyabr tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən xəbər verir.
52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiaye (İsveçrə) ilə üz-üzə gələcək.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda yığmamız 11 cüdoçu ilə təmsil olunur. Çempionat oktyabrın 13-də başa çatacaq.