Sumqayıt idmançısı 15-ci Avropa Karate Çempionatında uğurla çıxış edib.
Sumqayit24.az xəbər verir ki, qitə çempionatı Rumıniyanın Tarqu Mureş şəhərində keçirilib. Şotokan karate-do üzrə yarışda iştirak edən Xəyal Məmmədov qızıl medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rafael Məmmədovdur.