Azərbaycan idmanında növbəti qalmaqal baş verib.
Prosport.az-ın məlumatına görə, 13–15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında Sumqayıtlı idmançı tibbi təsnifatdan keçə bilməyib.
Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi Şəhanə Hacıyeva qismən görmə məhdudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansı bir məhdudiyyətin olmadığı müəyyən edilib. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.