Sumqayıtlı yeniyetmə beynəlxalq turnirdə medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, Polşanın Pulavi şəhərində Fudokan karate üzrə yeniyetmələr arasında 10-cu dünya çempionatı keçirilir. 60 kq çəki dərəcəsində mübarizə aparan Qorxmaz Səfərli bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. İdmançının məşqçisi Bəşir müəllimdir.
Qeyd edək ki, 10-cu yubiley turnirinə mayın 11-də yekun vurulacaq.