Sumqayıt idmançısı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edib.
Sumqayit24.az xəbər verir ki, İtaliyanın Venesiya şəhərində karate (WKF) üzrə Gənclər Liqa yarışı keçirilib. 76 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Cahangir Qayıbov finalda erməni rəqibi Suren Kosakyana xal hesabı ilə (9-6) qalib gəlib.
Qeyd edək ki, turnirdə müxtəlif ölkələrdən 4 mindən çox idmançı iştirak edib.
Посмотреть эту публикацию в Instagram