Sumqayıtlı idmançılarımız dünya çempionu olublar. Sumqayıt24 bu barədə 15 sentyabr tarixində məlumat verir.
Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçirilib. Böyüklər arasında 84 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub. Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, dünya çempionu adını qazanıb. 18-21 yaşlılar arasında çıxış edən digər idmançımız Astan Qasımov da fəxri kürsünün birinci pilləsinə qalxaraq dünya çempionu tituluna sahib olub.