Sumqayıtlı gənc idmançı böyük uğura imza atıb.
Sumqayit24.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində kəmər güləşi idman növü üzrə yeniyetmələr arasında dünya birinciliyi keçirilib. Yarışda 30-a yaxın ölkədən 350-dən çox idmançı mübarizə aparıb.
Azərbaycanı təmsil edən sumqayıtlı Murad Mehdiyev 60 kq. çəki üzrə dünya ikincisi olub və gümüş medal qazanıb.