Güləşçimiz bürünc medal qazanıb. Sumqayıt24 bu haqda 3 mart tarixində Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir.
Bakı İdman Sarayında yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatı davam edir. İkinci yarış günündə sərbəst güləş üzrə 138 idmançı qüvvəsini sınayıb.
Xalid Vəlixanov (Sumqayıt, “Təhsil”) 110 kq çəki dərəcəsində Namiq Ələsgərovu (Şəmkir) 10:0 hesabı ilə məğlub edərək 3-cü yeri tutub.