Sumqayıtlı güləşçi ölkəmizi İslamiadada təmsil edəcək. Sumqayıt24 bu haqda 5 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
V İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində baş tutacaq. Buraya Azərbaycandan yarışda iştirak etmək üçün 28 güləşçi yollanır. Onların arasında sumqayıtlı pəhləvan Murad Məmmədov da yer alıb.