Prezident sumqayıtlı paracüdoçu və onun məşqçisini təltif edib. Bu haqda Cudo.az Facebook səhifəsinə istinadən xəbər veririk.
İlham Əliyevin imzaladığı sərəncama görə, Şəhanə Hacıyeva “Vətənə xidmətə görə” ordeninə, məşqçi Fərid Ağakişiyev isə “Tərəqqi” medalına layiq görülüblər. Orden və medal Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən təqdim olunub.
Qeyd edək ki, Şəhanə Hacıyeva Tokio-2020 Paralimpiya oyunlarının finalında Sandrine Martineti məğlub edərək bu oyunların ilk qızıl medalını qazanmışdır.