Sumqayıtlı şahmatçı qatıldığı "Tata Steel Masters” superturnirində ilk qələbəsini qazanıb. Bu haqda turnirin rəsmi saytında xəbər yayılıb.
Superturnirin 4-cü turunda Şəhriyar Məmmədyarov polşalı Yan Kşiştov Duda ilə gücünü sınayıb. Ağ fiqurlarla oynayan şahmatçımız bu turdan qələbə ilə ayrılıb.
Qeyd edək ki, Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan turnirdə, Məmmədyarovun 1 qələbəsi və 3 heç-heçəsi var.