Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirinə qatılacaq. Sumqayıt24 bu haqda bu gün, 7 aprel tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Norveçin Stavanger şəhərində təşkil olunacaq yarışda sumqayıtlı qrossmeysterin rəqibləri azərbaycanlı Teymur Rəcəbov, norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.
Qeyd edək ki, "Norway Chess" 31 may - 10 iyun tarixlərində keçiriləcək.