Şahmatçı Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının III mərhələsində ilk oyununu keçirib. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
B qrupunda çıxış edən sumqayıtlı qrossmeyster almaniyalı Vinsent Keymerlə qarşılaşıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.
Turnir Almaniyanın paytaxtı Berlində keçirilir. Burada 16 şahmatçı iştirak edir. Ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.