Sumqayıtlı gənc idmançı Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Bu haqda bu gün, 31 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 14-15 yaş kateqoriyasında 54 kq çəki dərəcəsində çıxış edən Gülay Orucova karate üzrə Şotokan növü üzrə Avropa çempionu olub.
Gülay Sumqayıt şəhər 41 nömrəli məktəbin 8-ci sinif şagirdidir.