Şəhriyar Məmmədyarov FIDE Qran-prisində bu gün Bakı vaxtı ilə saat 18:00-da mübarizəyə başlayacaq. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Sumqayıtlı idmançı D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gələcək.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar isə 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150.000 avrodur.