Sumqayıtlı şahmatçı blits üzrə Avropa çempionatında iştirak edəcək. Bu haqda bu gün, 17 dekabr tarixində AZƏRTAC məlumat yayıb.
Məlumata əsasən, Vasif Durarbəyli bu gün Polşada baş tutacaq turnirə qatılıb. Durarbəyli ilə birgə Azərbaycanı Nail Bəşirli də təmsil edəcək.
Çempionatda 500-dən çox şahmatçı mübarizə aparacaq.