Vasif Durarbəyli şahmat üzrə Azərbaycan milli komandasının tərkibində Avropa çempionatına qatılacaq. Sumqayıt24 bu haqda bu gün, 18 mart tarixində Report-a istinadən xəbər verir.
Məlumata əsasən, sumqayıtlı şahmatçı 27 mart - 6 aprel tarixlərində Sloveniyada təşkil olunacaq çempionatda mübarizə aparacaq. Burada, yığmamızı 15 şahmatçı təmsil edəcək.
Turnirin ümumi mükafat fondu 100 min avrodur.