Şahmat ustası Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"-də heç-heçə edib. Sumqayıt24 bu barədə turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı qrosmeyster 6-cı turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Məmmədyarovun ağ fiqurlarla mübarizə apardığı oyun 96-cı gedişdə sülh ilə bitib.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar, hazırda 2 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.