Sumqayıtlı şahmatçı “Fuad Cəfərov Memorialı-2022” festivalının qaliblərindən biri olub. Sumqayıt24 bu haqda bu gün, 5 iyul tarixində AZƏRTAC-a istinadən xəbər verir.
Məlumata əsasən, sürətli şahmat yarışında beynəlxalq usta Murad İbrahimli qələbə qazanıb.
Fuad Cəfərov beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Mərkəzinin ilk direktoru olub. O, uzun illər Bakı və ölkə ərazisində keçirilən şahmat yarışlarının əsas təşkilatçısı olmaqla, uşaq şahmatının inkişafında böyük rol oynayıb.