Şəhriyar Məmmədyarov FIDE Qran-prisində həlledici görüşə hazırlaşır. Təmsilçimizin son 5 oyununu bərabərliklə bitirib. Sumqayıt24 bu gün, 7 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
D qrupunda mübarizə aparan sumqayıtlı şahmatçı sonuncu turda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Hazırda, Vaşye-Laqrav 2.5 xalla qrup lideri, hərəyə 2 xalı olan Məmmədyarov və Yanqyu isə 2-3-cü yerləri bölüşdürürlər. Sonuncu pillədə 1.5 xalla Predke qərarlaşıb.
Qeyd edək ki, təmsilçimiz yalnız qələbə çaldığı təqdirdə yarımfinala yüksələ biləcək.