top
Sumqayıtlı şahmatçı Karlsenlə rəqabətdən təəssüflənir
05 may 2023, 22:38
- ↺ +

Sumqayıtlı şahmatçı Karlsenlə rəqabətdən təəssüflənir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qrosmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionatından danışıb. Sumqayıt24 bu haqda 6 may tarixində Report.az-a istinadən xəbər verir.

O, karyerasının ən yaxşı vaxtlarında Maqnus Karlsenə rəqib olduğundan təəssüfləndiyini bildirib:

“Maqnus Karlsen çox güclü idi və onunla rəqabət aparmaq mümkün deyildi. Bu, bir az da bizim şanssızlığımız idi. Hazırda isə hər bir şahmatçının dünya çempionu olmaq şansı var”.

Sumqayıtlı şahmatçı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalından da söz açıb:

“Ölkəmizdə dəfələrlə yüksək səviyyəli yarışlar keçirilsə də, “açıq” tipli, bütün şahmatçıların iştirak edə biləcəyi turnirin keçirilməsinə ehtiyac var idi. Təəssüf ki, mənim də, Teymurun da (Rəcəbov – red.) bu tipli yarışlarda iştirakımız illik planlarımıza uyğun deyil, amma Azərbaycanda belə bir təşkilatçılıq çox böyük uğurdur. Ulu öndərimiz də şahmatı çox sevirdi və daim dəstək olurdu”.

Ş. Məmmədyarov Bakıda keçiriləcək Dünya Kubokunun onun üçün çox çətin olacağını düşünür:

“Sistemi mənim oyun stilimə uyğun gəlmir. Amma düşünürəm ki, bu, tarixin ən güclü turnirlərindən biridir. İki ildən bir keçirilir və olduqca önəmli yarışdır. Dörd il qabaq keçirilmiş Dünya Kubokunda Teymur qalib gəlmişdi. Ümid edirəm ki, biz yenə də bu yarışda uğurlu çıxış edəcəyik. Üstəlik bu yarışın Azərbaycanda keçirilməsi şahmatın ölkəmizdə nə qədər sevildiyini göstərir. İnanıram ki, bu dəfə də yüksək səviyyəli turnirə şahidlik edəcəyik”.

“Şah” qeyd edib ki, Dünya Kuboku yarışlarında uğurlu çıxış etməsə də, ölkəmizdə keçirilən turnirlərdə daha yaxşı oynayır. Misal kimi o, 2015-ci ildə, ilk dəfə Dünya Kuboku Bakıda keçiriləndə 1/4 finala qədər rahat gəldiyini, sonradan öndə olduğu halda gələcək çempion Sergey Karyakinə uduzduğunu xatırlayıb:

“Azərbaycanda keçirilən bütün turnirlərdə uğurlu çıxış etmişəm. Amma Dünya Kuboku başqa bir sistemdir. “Bağlı” yox, “açıq” turnirdir. 200-ə yaxın şahmatçı iştirak edəcək. Belə yarışlarda mən öz istədiyim riskli oyunu göstərə bilmirəm. Bu da lazımi nəticə qazanmağıma mane olur”.

 

Son xəbərlər

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
07 noyabr 2026, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Oxşar xəbərlər