Şahmatçımız Şəhriyar Məmmədyarov yenilib. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində VI turun oyunları keçirilib. Sumqayıtlı qrosmeyster armageddonda ABŞ təmsilçisi Uesli Soya uduzub.
Qeyd edək ki, Məmmədyarov hazırda 8 xalla 5-ci pillədə qərarlaşıb.