Sumqayıtlı qrossmeyster qatıldığı "Tata Steel Chess" superturnirin lideri olub. Bu haqda, Sumqayıt24 turnirin rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov turnir cədvəlinin 1-ci pilləsinə, niderlandlı Jorden Van Forest üzərində çaldığı qələbədən sonra yüksəlib. Şəhriyarın növbəti rəqibi İsveç təmsilçisi Nils Qrandelius olacaq.
Xatırladaq ki, yarış Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunub.