Sumqayıtlı şahmatçı "Superbet Chess Classic"-də ilk qələbəsini qazanıb. Sumqayıt24 bu barədə turnirin saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov 7-ci turda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz 56-cı gedişdə rəqibini məğlub edib.
Qeyd edək ki, hesabında 3 xal olan “Şah” hazırda 9-cu pillədə qərarlaşıb.