Usta şahmatçımız “Tata Steel Chess” superturnirinin həlledici iki oyununa hazırlaşır. Bu haqda turnirin rəsmi saytına istinadən xəbər veririk.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan sumqayıtlı Şəhriyar Məmmədyarov bu gün, Bakı saatı ilə 17:00-da hindistanlı Vidit Qucrati, sabah 30 yanvar, saat 15:00-da isə amerikalı Fabiano Karuana ilə qarşılaşacaq.
Hazırda Məmmədyarovum hesabında 6,5 xal var.