Şahmatçımız “Tata Steel Masters” superturnirində ilk üçlükdə qərarlaşıb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən birincilikdə Şəhriyar Məmmədyarov son turda amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Nəticədə hesabında 8 xal olan sumqayıtlı idmançı 2-ci yeri tutub.
Turnirin çempionu isə norveçli Maqnus Karlsen olub.