Şahmatçımız Şəhriyar Məmmədyarov “Norway Chess”-də digər həmyerlimiz ilə qarşılaşacaq. Sumqayıt24 bu haqda 10 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Təmsilçimiz sonuncu 9-cu raundda Teymur Rəcəbovla mübarizə aparacaq. Ötən oyunda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandanı məğlub edən “Şah” 14,5 xalla 2-ci, onun rəqibi Rəcəbov isə 9-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, Norveçin Stavanger şəhərində keçirilən turnirin mükafat fondu yerli valyuta ilə 2.500.000 kron (451 min manat) təşkil edir.