Sumqayıtlı iki şahmatçı millimizin heyətində 44-cü Ümumdünya Şahmat Olimpiadasına qatılacaq. Sumqayıt24 bu haqda Asf.org.az-a istinadən xəbər verir.
Olimpiada 28 iyul - 10 avqust tarixlərində Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət komandanın heyətinə şəhərimizin təmsilçiləri Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli də cəlb olunublar. Onların komanda yoldaşları Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov olacaq.
Qeyd edək ki, Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.