Sumqayıtlı iki şahmatçımız Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər. Sumqayıt24 bu haqda 2 avqust tarixində xəbər verir.
Hindistanın Çennay şəhərində keçirilən turnirdə kişilərdən ibarət millimiz 3-cü turda Türkiyə seçməsi ilə 2:2 hesablı sülhə razılaşıb. Yığmamızın tərkibində çıxış edən Şəhriyar Məmmədyarov rəqibi Mustafa Yılmaz ilə heç-heçə ediblər. Millimizin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb.
Olimpiada avqustun 10-da yekunlaşacaq.