“Champions Chess Tour” turnirində dünyanın aparıcı qrossmeysterləri ilə birgə sumqayıtlı “şah”da iştirak edəcək. Bu haqda bu gün, 20 aprel tarixində Sputnik.az xəbər verib.
Məlumata əsasən, 22 aprel tarixində Norveçin paytaxtı Osloda “Champions Chess Tour” turniri başlayır. Yarışın “Oslo Esports Cup” adlı hissəsi onlayn formatda keçiriləcək. Lakin bütün idmançılar Osloda yerləşən “chess24” studiyasında olacaqlar.
Turnirin ümumi mükafat fondu 210 min dollardır. Qrossmeysterlər hər oyunda 7,5 min dollar qazanmaq üçün mübarizə aparacaqlar.
Yarışda Məmmədyarovla yanaşı, Karlsen, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.