Şahmatçımızın "Grand Chess Tour"-un üçüncü mərhələsində qazancı məlum olub. Sumqayıt24 bu haqda 27 iyul tarixində yarışın rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə rapid və blits üzrə təşkil olunan turniri 7-ci yerdə tamamlayıb. Nəticədə o, 10.000 dollar pul qazanıb.
Qeyd edək ki, birinci yeri tutan norveçli Maqnus Karlsen 40 min dollara sahib olub.