Sumqayıtlı idmançılar III MDB Oyunlarında medallar qazanıblar.
Sumqayit24.az-ın məlumatına görə, sambo üzrə yarışlarda mübarizə aparan Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+98 kq) yalnız finalda məğlub olaraq ikinci yerləri tutublar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.