Sumqayıt idmançıları stolüstü tennis üzrə Azərbaycan çempionatında iştirak ediblər.
Sumqayit24.az xəbər verir ki, turnir Bakı şəhərində yerləşən “Şüa” İdman Kompleksində keçirilib. Yarışda iştirak edən idmançılar ümumilikdə 3 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıblar.
Qadınların yarışında “Sumqayıt-1” komandası birinci, “Sumqayıt-2” komandası isə üçüncü yerə layiq görülüb.