Sumqayıtlı gənclər üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatında 9 medal qazanıb. Bu haqda idmançıların baş məşqçisi Faiq Əsgərov öz Facebook hesabında məlumat paylaşıb.
Yarış Bakı şəhərində təşkil olunmuşdur. Medallara layiq görülən Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin idmançılarının adları aşağıda qeyd olunanlardır:
- Nihad Yusibov (100 arxa üstə) I – yer;
- Nihad Yusibov (50 sərbəst üsul) I – yer;
- Nihad Yusibov (50 arxa üstə) II – yer;
- Nihad Yusibov (50 brass) III – yer;
- Leyla Abduləzizova (50 arxa üstə) II – yer;
- Leyla Abduləzizova (100 batt.) III – yer;
- Leyla Abduləzizova (50 sərbəst üsul) III – yer;
- İlahə Rəcəbova (200 batt.) I – yer;
- Cəlil İmanov (50 batt.) III – yer.