Sumqayıt idmançısı ağırlıqqaldırma üzrə ölkə çempionu olub. Sumqayıt24 bu haqda bu gün, 14 may tarixində Ağır Atletika Federasiyasına istinadən xəbər verir.
Yaşı 15-dək olan idmançıların mübarizə apardığı yarış Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunub. Nəticələrə görə, 61 kq çəki dərəcəsində çıxış edən Turan Əliyev qızıl medala layiq görülüb. O, toplam 192 kq (88+104) nəticə əldə edib.
Qeyd edək ki, buraya 150-dək yeniyetmə atlet qatılıb.