Sumqayıtlı yeniyetmə futbolçular AFFA-nın 30 illik yubileyi münasibətilə təşkil olunan futbol turnirinin qalibi olublar. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində AZƏRTAC-a istinadən xəbər verir.
U-13 liqası komandaları arasında keçirilən birincilik Siyəzən şəhər stadionunda təşkil olunub. Burada Sumqayıtdan əlavə Abşeron, Siyəzən, Xaçmaz, Şabran və Qusarı təmsil edən, ümumilikdə, 8 komanda mübarizə aparıb.
Sumqayıtı təmsil edən komanda finalda “Siyəzən”-i 4-1 hesabı ilə məğlub edərək çempion kubokuna sahib olub.
Qalib komandalara AFFA tərəfindən medallar və diplomlar təqdim olunub.