"Sumqayıtspor" – "Uğur" (Sumqayıt) komandaları arasında nəzərdə tutulan oyun keçirilməyib.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsi komandalardan birinə texniki məğlubiyyət verib. Belə ki, U-12 Liqasının bu oyunu "Uğur"un heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.