G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Olimpiya Kompleksinin yetirmələri taekvando idman növü üzrə yarışda yüksək nailiyyətlər əldə ediblər. Bu haqda 27 fevral tarixində Sumqayıt24 kompleksə istinadən xəbər verir.
Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə “Fortis Group”un təşkil etdiyi klublararası liqa döyüşlərində idmançılarımız:
- Kənan Məmmədov (54 kq) - 1-ci yerə;
- Malik Abbasov (55 kq) - 1-ci yerə;
- Akşin Kazımzadə (49 kq) - 2-ci yerə;
- Kamal Amaşov (73 kq) - 3-cü yerə;
- Əziz Məmmədov (59 kq) - 3-cü yerə layiq görülüblər.
Qaliblər medal və diplomla təltif olunublar.