Sumqayıt Taekvondo mərkəzinə yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 28 mart tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, rəhbər vəzifəsini İsa İsayev icra edəcək.
Adıçəkilən mərkəzdə şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və fiziki qüsurlu uşaqlar üçün məşqlər ödənişsiz keçirilir.