Sumqayıtlı gənc taekvondoçu Dünya birinciliyində medal qazanıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Yarış Bolqarıstanın Sofiya şəhərində keçirilib. Belə ki, 45 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü Fuad Məhərləmli bürünc medala layiq görülüb və ona sertifikat təqdim olunub. Fuadı birinciliyə hazırlayan Azərbaycanın Əməkdar məşqçisi Rəşad Məmmədovdur.