Qadın taekvondoçumuz Türkiyəyə yollanıb. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Milli komandamız İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək. Hazırlıqda Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi Vurğun Cəfərovun tələbəsi Məryəm Məmmədova da iştirak edəcək.
Məşqlər aprelin 26-da başa çatacaq. Komanda ertəsi gün Bolqarıstanda klublararası Avropa çempionatında gücünü yoxlayacaq.