Sumqayıt idmançıları “Fortis Group” Liqa döyüşlərində müvəffəqiyyətlə çıxış ediblər. Bu haqda 17 aprel tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Taekvando Federasiyası tərəfindən baş tutan turnirdə məşqçi Vurğun Cəfərovun tələbələri - Malik Abbasov (59 kq üzrə) və Kənan Məmmədov (58 kq) 1-ci yerə, Kamal Amaşov (68 kq) və Fərid İsgəndərov (61 kq) 3-cü yerə layiq görülüblər. İdmançılar medal və diplomla təltif olunublar.