Sumqayıt təmsilçisi kikboksinq üzrə ölkə birincisi olub. Sumqayıt24 bu haqda 5 iyul tarixində Azərbaycan Kikboksinq Federasiyasına istinadən xəbər verir.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan XXVI ölkə çempionatında oğlanlar rinqdə, qızlar isə tatamidə mübarizə aparıblar. Nəticədə yeniyetmə kadetlər arasında “Sumqayıt” İK-nın idmançısı Ömər Abdullazadə (-42 kq) qızıl medala sahib olub.
Qeyd edək ki, bu yarışda özlərini yaxşı tərəfdən göstərən idmançılar payızda İtaliyanın Yezolo şəhərində keçiriləcək dünya çempionatına qatıla biləcək.