Qrosmeyster Şəhriyar Məmmədyarov “Superbet Chess Classic”-da növbəti oyununu keçirəcək. Sumqayıt24 bu haqda bu gün, 7 may tarixində turnirin saytına istinadən xəbər verir.
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan yarışın 3-cü turunda, təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla mübarizə aparacaq.
Qeyd edək ki, sumqayıtlı şahmatçı ötən turda Macarıstan təmsilçisi ilə üz-üzə gəlmişdir.