Sumqayıt şəhərini təmsil edən 3 komanda “Teknofest”-də öz layihələrini təqdim edəcəklər. Bu haqda bu gün, 9 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, festivalda iştirak edən “SUMbuilders || 11”, “SUMbuilders && FRİTL” və “SUMbuilders && 81” komandaları "Baku Skills" müsabiqəsinin finalçılarıdırlar.
"Teknofest Azərbaycan" festivalında ümümilikdə 35 komanda iştirak edəcək. Qaliblər 28 may - Müstəqillik Günü elan olunacaq.