Sumqayıtlı şahmat ustası "Tata Steel Chess" superturnirində Dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Bu haqda Sumqayıt24 turnirin rəsmi saytına istinadən xəbər verir.
Görüş, 9-cu tur çərçivəsində keçirilib. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə norveçli rəqibinə uduzub.
Bu nəticədən sonra 5,5 xalı olan Məmmədyarov 3-cü pillədə qərarlaşıb, Karslen isə 6,5 xalla vahid lider olub.