UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna ödəniş edib.
Sumqayit24.az xəbər verir ki, 2023/2024 mövsümü üçün ayrılan 1.955.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Bununla da "Sumqayıt", "Neftçi", "Səbail", "Qəbələ", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 217.222.22 avro çatıb.