Sumqayıt şəhərinin üzgüçülük mərkəzlərinin məşqçiləri seminarda iştirak ediblər. Sumqayıt24 haqda 7 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən yazır.
Təlim Azərbaycan Üzgüçülük Federasiyası və Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə keçirilib. Burada Olimpiya İdman Komplekslərinin üzgüçülük hovuzları, eləcə də, Sumqayıt və Bakı şəhərlərinin üzgüçülük mərkəzlərinin məşqçiləri, Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq ixtisası üzrə təhsil alan tələbələri cəlb olunublar.
Seminar zamanı beynəlxalq dərəcəli məşqçi İvan Petrov təqdimat ilə çıxış edib. 170-ə yaxın məşqçinin qatıldığı təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.